Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Çex-Azərbaycan lüğəti” işıq üzü görüb.
Lüğət çex dilinə yiyələnmək istəyənlər – tələbələr, diplomatlar, iş adamları, tərcüməçilər üçün nəzərdə tutulub.
Nəşrin tərtibçisi filologiya elmləri doktoru, professor Elçin Mehri, redaktoru Güldəstə Nəsibdir.
Lüğətin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası istifadəçilərinin ixtiyarına veriləcək.