Cəlil Məmmədquluzadənin əsərləri “Açıq kitab”da
8 Avqust 2020 manshet-min

Görkəmli yazıçı, dramaturq, şair, jurnalist Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti, “Usta Zeynal”, “Poçt qutusu”, “Qurbanəli bəy” hekayələri, “Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı” pyesləri, “Lisan bəlası”, “Utanma”, “Yorğan” satirik şeirləri və digər əsərləri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri “Azərbaycan ədəbiyyatı” bölümünün “ Müasir ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən yararlana bilərlər.

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.