Balaş Azəroğlunun əsərləri “Açıq kitab”da
28 Noyabr 2023 Manshet

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Balaş Azəroğlunun “Karvan”, “Təbrizin baharı”, “Yadıma düşdü”, “Bənövşə”, “Buludlar”, “Qartalın ölümü”, “Körpü”, “Yarpaqlar töküləndə” və digər şeirləri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Azərbaycan ədəbiyyatı” bölümünün “Müasir ədəbiyyat” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.