Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şairi Bağater Arabulinin “Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb.
Gürcü poeziyasının parlaq nümunələrini əks etdirən kitaba şairin lirik etüd, fraqmentlər, mәnzum hekayә və pritça üslubunda qələmə aldığı şeirləri daxil edilib.
Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunan şairin şeirlər toplusunu dilimizə şair-tərcüməçi Allahverdi Tәklәli çevirib.
Kitabın redaktorları Etimad Başkeçid və Salam Sarvandır.