“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu
26 May 2017 img_7442_5926d13cc383f


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi “Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı türk dilində Türkiyədə işıq üzü görüb. Türkiyənin “Berikan” nəşriyyatı tərəfindən nəşr edilmiş kitab məşhur Sumqayıt hadisələrindən – 1988-ci ildə erməni terrorçusu Eduard Qriqoryanın rəhbərliyi altında Sumqayıtda törədilmiş qətliamdan bəhs edir.

Kitabın müəllifi Azərbaycanın əməkdar jurnalisti İbrahim Məmmədov, türk dilinə tərcüməçisi Sənan Nağıdır.