Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
22 Oktyabr 2018 aztc_1

 

Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin I Seçim Turu davam edir.

Seçimdə iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

 Qeydiyyat üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. CV

 

Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

Sənədlərin qəbulu 2019-cu il 28 fevral tarixinə qədər davam edəcək.

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)