Azərbaycan Respublikasının Nazirlər kabineti yanında Tərcümə Mərkəzi "Hər suala bir cavab" adlı ensiklopediya tərtib edir. Təxminən on cilddən ibarət olacaq ensiklopediya orta məktəb şagirdlərinə, eləcə də yeniyetmələrə lazım olan məlumatları özündə ehtiva edir. Uşaqların böyüdüyü hər bir ailə üçün faydalı olacaq bu ensiklopediyada müxtəlif xarici təcrübə mənbələrindən istifadə olunub. Azərbaycana dair məlumatların isə ayrıca bir cilddə nəşri nəzərdə tutulur.
Ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq.