Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib
22 Aprel 2019 kollaj_aztc_manshet1

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ümumi filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru  Elmira Məmmədova-Kekeç Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə sahəsində fəaliyyəti, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə keyfiyyətli tərcüməsi və nəşri ilə bərabər, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən danışıb. Daha sonra tədbir iştirakçılarına Mərkəzin tanıtım çarxı nümayiş etdirilib. Sonra söz Mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyevə verilib. Vilayət Hacıyev Mərkəzin son illərdə həyata keçirdiyi tədbirlərdən, beynəlxalq nəşr və tanıtım layihələrindən danışıb. Daha sonra Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid, Beynəlxalq əlaqələr şöbəsinin türk dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova tələbə və müəllimlərin suallarını cavablandırıblar.