Bildirildiyi kimi, artıq neçə aydan bəridir ki, ARNK yanında Tərcümə Mərkəzində "İşlək orfoqrafiya lüğəti" üzərində iş gedir. Məqsəd, hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer almış yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin, eləcə də sahə lüğətlərinə aid terminlərin, dərman, kimyəvi element adlarının təmizlənməsi, əvəzində milli ədəbi nümunələrdən aranıb tapılmış sözlər daxil edilməklə işlək, aydın dil vəsaitinin ərsəyə gətirilməsidir.
Adıçəkilən kitabdan, orfoqrafiya lüğəti qaydalarına uyuşmayan sözlərin təsnifatını nəzərinizə çatdırır, oxucuların, dil və lüğət mütəxəssislərinin fikir və mülahizələrini, irad və təkliflərini gözləyirik.
"Aydın yol"