Artur Millerin əsərləri “Açıq kitab”da
20 İyun 2024 Manshet

XX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Artur Aşer Millerin “Hamısı mənim oğlum idi”, “Kommivoyajörün ölümü”, “Bəxti gətirən adam”, “Qiymət”, “Dünyanın yaranışı və başqa-başqa işlər”, “Ağır sınaq”, “Körpüdən görüntü” pyesləri  “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Amerika ədəbiyyatı” rəfinə daxil olaraq əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.