Argentina səfirliyi ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin növbəti birgə layihəsi – “Bir damcı bəxt” (müəllif K. Pineiro) kitabı işıq üzü görüb.
Müəllifi tanınmış Argentina yazıçısı Klaudia Pineiro olan kitaba əsərin baş qəhrəmanı Marianın acı taleyindən, ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edən “Bir damcı bəxt” romanı daxil edilib.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsəri orijinaldan Emin Ələsgərov tərcümə edib. Redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” Proqramı çərçivəsində ərsəyə gətirilib.