“Alman ədəbiyyatı antologiyası” “Açıq kitab” da
17 Mart 2021 manshet_alman_dbiyyati_antologiyasi_

Alman ədəbiyyatının Volfqanq Höte, Haynrix Hayne, Fridrix Şiller, Teodor Ştorm, Volfqanq Borxert, Ernst Hofman kimi dünya şöhrətli yazıçı və şairlərinin  əsərlərinin toplandığı “Alman ədəbiyyatı antologiyası” “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

 

Kitabxana izləyiciləri saytın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.