“Alman-Azərbaycan dili danışıq kitabçası” nəşr olundu
25 İyun 2023 Manshet

Dövlət Tərcümə Mərkəzi xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq daha bir sözlük – “Alman-Azərbaycan dili danışıq kitabçası” söz toplusunu ərsəyə gətirib.

Kitabçaya toplanmış söz və ifadələr “Əlifba və tələffüz”, “Tanışlıq”, “İlk söhbət”, “Ən işlək ifadələr”, “Anlaşma”, “Salamlaşma və vidalaşma”, “Sözləşmə”, “Razılaşma və yaxud imtina”, “Məmnuniyyət və narazılıq”, “Xahiş və minnətdarlıq”, “Üzrxahlıq”, “Gecələmə”, “Yolda”, “Vağzalda”, “Uşaqlarla səyahət”, “Restoranda”, “Alış-veriş”, “İdman və əyləncə”, “İstirahət”, “Bank və idarə anlaşması”, “Zaman”, “Saylar” və s. bu kimi fəsillər üzrə təqdim edilib.

Sözlüyün tərtibçisi – alman dili mütəxəssisi Vüsal Abbaszadə, alman dili üzrə redaktoru Vilayət Hacıyev, Azərbaycan dili üzrə redaktoru Şəfiqə Quliyevadır.

Qeyd edək ki, sözlük almandilli ölkələrə işgüzar və turist səfərlərinə gedənlər, eləcə də alman dilində şifahi ünsiyyətə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

 

 

 Kitabçanı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Center”

“Çıraq” kitab evi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü