"Açıq Kitab" elektron kitabxana nəşr olunacaq kitablarının onlayn oxu versiyasını oxuculara təqdim etməyə davam edir
27 Yanvar 2016 uz_qabigi_son

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə Tərcümə Mərkəzinin yaxın vaxtlarda nəşr olunacaq kitablarının onlayn oxu versiyasını oxuculara təqdim etməyə davam edir.

Bu dəfə virtual kitabxanamız "Hər suala bir cavab" adlı ensiklopedik toplunun birinci cildini oxucuların ixtiyarına buraxdı. Tərcümə Mərkəzinin tərtib etdiyi təxminən on cilddən ibarət olacaq ensiklopedik toplu orta məktəb şagirdlərinə, eləcə də yeniyetmələrə lazım olan məlumatları özündə ehtiva edir. Uşaqların böyüdüyü hər bir ailə üçün faydalı olacaq bu ensiklopediyada müxtəlif xarici təcrübə mənbələrindən istifadə olunub. Azərbaycana dair məlumatların isə ayrıca bir cilddə nəşri nəzərdə tutulur.

Onlayn mütaliəçilər www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları" bölməsinə daxil olmaqla "Hər suala bir cavab" ensiklopedik toplunun birinci cildinin oxusuna başlaya bilərlər.