"Açıq Kitab" elektron kitabxana daha bir kitabın onlayn oxu versiyasını oxuculara təqdim edir
4 Noyabr 2016 migel_57f35294b8b56_1

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə Tərcümə Mərkəzinin yeni kitablarının elektron versiyasını oxuculara təqdim edir.

Bu dəfə virtual kitabxanamız görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabını oxucuların ixtiyarına buraxır.

Kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.

XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibes “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983) əsərlərinin, habelə dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 50-dən çox kitabın müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə isə “Kafir” romanına görə Nobel mükafatına namizədliyi irəli sürülüb.

Əsərlərini dilimizə Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir.  

Oxucular www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabın mütaliəsinə başlaya bilərlər.