Page 301 - Patriarxın payızı
P. 301
PATRİARXIN PAYIZI
yeganә gerçәk hәyatımızdan xoflanmırdıq, çünki kimliyi -
mizi yaxşı dәrk edirdik, оnun – şişkin qarnını zorla sü -
rüyә-sürüyә gәzәn bu qocanın kimliyi isә son günәcәn nә
bizә, nә dә оnun özünә aydın oldu vә о, axır ki, ölüm
qayığının çürük yelkәnlәrindәn yapışıb bitib-tükәnmәz
zamanının, nәhayәt ki, sona yetdiyi xәbәrini insanlara,
bütün dünyaya car çәkәn tәbillәrin gurultusunu, kilsә
zәnglәrinin cingiltisini, bayram atәşfәşanlığını, küçәlәrә
tökülüşüb sevincindәn mahnı oxuyan, qәlblәri fәrәh vә
qalibiyyәt dolu xalq kütlәlәrinin sәsini eşitmәdәn öz
payızının donuq xәzәl axarıyla qaranlıq әbәdiyyәtә
yollandı…
301