Page 277 - Patriarxın payızı
P. 277

PATRİARXIN PAYIZI

          qarşı nümayişә çıxaq. “Küçәlәrә isә bir adam da çıxmadı,
          mәnim generalım…” çünki camaat hәrbçilәrin bir vaxtlar
          kişi kimi söz verib sonra guya xalq arasına soxulmuş
          tәxribatçıların hәrbi bölmәlәrinә atәş açması bәhanәsiylә
          dinc әhаlini güllәlәmәsini unutmamışdı: “Bәli, mәnim
          generalım, bu dәfә xalq sizinlә deyil”. “…Vә mәn bu ağır
          qәrarı qәbul etmәk yükünü öz üzәrimә götürmәli oldum,
          anam mәnim, Bendisyon Alva ra do, ölkәyә desant
          yeridilmәsindәnsә, dәnizsiz qalmağın daha mәqsәdә -
          uyğun olduğunu hamıdan gözәl anlayan adam kimi bu
          aktı imzaladım. Axı özlәrindәn gündә bir әmr çıxaran –
          hәmin bu dәniz piyadalarıydı, ölkәyә Bibliyanı vә sifilisi
          gәtirәn dә, artistlәri pederasta çevirәn dә, hәyatın asan
          olduğunu, hәr şeyin satılıb-alındığını, zәncilәrin iy
          verdiyini dә camaatın beyninә yeridәn onlar idi, anacan,
          әsgәrlәrimә harada çox pul varsa, oranın vәtәn olduğunu,
          “hәrbi şәrәf” anlayışının qoşunların pulsuz döyüşmәsi
          üçün hökumәt tәrәfindәn uydurulduğunu başa salan da
          onlar idi. Оdur ki bütün bunlar tәkrar olunmasın deyә,
          bәşәriyyәtin maraqları, xalqlar arasında sülhün yaradıl -
          mаsı nаminә onlara әrazi sularımızdan istәdiklәri şәkildә
          istifadә hüququnu verdim!”
             …O, әcnәbilәrә yataq otağının pәncәrәsindәn
          üfüqәcәn uzаnаn dәnizin tәk bir sularını yox, оnun fauna
          vә florasını, bütün hava siklоnlаrı vә şıltaqlıqlarıyla –
          külәklәr rejimi vә atmosferiqаrışıq, sonuncu millibarına 1
          qәdәr – vermişdisә dә, әcnәbilәrin sonradan bu dәnizlә
          nә еdәcәklәri ağlına belә gәlmәmişdi…
             …Оnlar bizim qәdim dәnizimizin sularını şahmat
          taxtasısayağı nömrәlәnmiş nәhәng nasoslarla çәkib
          şlüzlәrlә yığırdılar deyә sulаrın dibi, min illәrin sönmüş
          vulkanları üzә çıxdı… vә biz nәhәng kraterlәrdәn birindә
          dәnizin nә vaxtsa qәfildәn udduğu şәhәrin – qәdim Santa-
          Mariya-del-Darienin xarabalıqları na rast gәldik… sonra  277


          1  Millibar – atmosfer tәzyiqinin ölçü vahidinin mindәbiri
   272   273   274   275   276   277   278   279   280   281   282