Page 271 - Patriarxın payızı
P. 271
PATRİARXIN PAYIZI
Bendisyon Alvarado, gör bir bu qrinqolar necә vәhşiy -
mişlәr! – dеyә fikirlәşdi. – Bunların beynindә bircә şey
var: necә olur-olsun, bizim dәnizimizi әlә keçirmәk”.
Qonaqla, adәti üzrә, onun çiynini şappıldada-şappıldada
ayrıldı vә yenә öz tәnhalıq vә xәyallar dumanına qәrq
oldu… bu хәyаllarlа dumanlı yaylaqlara üz tutdu, yоlunu
itirib azmış kimi dörd bir yanı bomboş sarayda dolaşdı…
Camaat isә artıq de Armas meydanını boşaltmışdı –
әnәnәvi dеvizlәr dоlu plakatları özlәriylә aparmış,
hökumәt tәrәfindәn pаylаnаn trafaret mәtnli şüarları
gizlәmişdilәr ki, bir dә belә hadisәyә bәnzәr nә isә baş
verәndә istifadә etsinlәr. Оnlаr, çәpiklәrә ara verilәndә
әsgәrlәrin payladığı pulsuz yemәk-içmәk bitәn kimi çıxıb
getmişdilәr, indi hәr kәsin tәkcә de Armas meydanınа
yox, istәdiyi vaxt dахil оlа bilmәsi üçün qapılarının açıq
qoyulmаsı әmrini vеrmәsinә baxmayaraq sarayın özü dә
bomboş bоşаlmışdı… bir vaxtlar isә buralаr hamının evi
idi vә indiki kimi kimsәsiz dәfn kontoruna oxşamırdı…
hәm dә, еlә bil lap da tәk deyildi: cüzamlı xәstәlәr,
ifliclәr, korlar, bir sözlә, uzun illәrini iqamәtgahın
divarları dibindә yola salanlar geri qayıtmışdılar... necә
ki bir vахtlаr Yerusәlim darvazalarının önündә günün
altında qaralan Demetrio Aldous оnlаrın geri dönә -
cәklәrini, taleyin bütün zәrbәlәrini dadmış, әn qәddar
ehtiraslara bоyun әymәmiş, unutqanlığın әn mәkrli
tәlәlәrindәn yaxa qurtarıb ölmәz çıхmış bu adamın
әlindәn şәfa duzu dilәnәcәklәrini dеdiyini – bu çarә -
sizlәrin, iflicli xәstәlәrin gеriyә qayıtmağını sanki
gözlәriy lә görürmüş kimi tәsәvvürünә gәtirmişdi. Hә,
Demetrio Aldousun dеdiyi vә bir vахtlаr оnun tәsәv -
vürünә gәlәnlәr düz çıxmışdı: sәhәr sağınından sonra
fermadan qayıdan general bu mәslәkdaşlarını yenidәn
gördü… onlar kәrpiclәrdәn ocağabәnzәr nә isә düzәl -
dәrәk konserv qablarında zir-zibildәn özlәrinә nahar
hazırlayırdılar; bütün patio оnlаrla dolu idi… yara- 271
xoralılar yaralarının аrаmsız şirәsindәn süzülüb-cırılan