Page 273 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 273
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

lazımdır. Birlәşdirici kәmәrlәrin roluna vә tәchizatın sәviyyәsinә
onların göstәrәcәyi tәsir mәsәlәsinә daha çox diqqәt yetirilmәlidir.
İstәnilәn münaqişә zonasında energetika sahәsindә dә müәyyәn
mәnfi nәticәlәr ortaya çıxa bilәr. Ukrayna böhranı da buna әyani
misaldır. Heç nәyin qabaqcadan planlaşdırılması mümkün olmayan
bu dünyada enerji tәhlükәsizliyi mәsәlәsi siyasәtimizin mәrkәzindә
durmalıdır”.

Enerji vә İqlimin Dәyişmәsi Komitәsinin vә parlamentin
üzvü Qreham Strinqer bu barәdә belә şәrh verib: “Fikrimcә,
tәchizat tәhlükәsizliyi enerji siyasәti proqramının әsas hissәsini
tәşkil edir. Lakin biz hal-hazırda bu sahәdә uğursuzluq dövrü
yaşayırıq. Birlәşmiş Krallığın bu sahәdә payı cәmi 2%-dir. Qış
sәrt keçsә vә elektrik stansiyalarının bir neçәsi sıradan çıxsa,
işıqsız qalacağıq”.

“GMB” Hәmkarlar İttifaqının üzvü Hari Smit: “Birlәşmiş
Krallıq sakinlәrinin 80%-i evlәrini qazla qızdırır. Bu, elektrik
enerjisindәn 5 dәfә ucuz başa gәlir. Buna görә dә, tez bir zamanda
qaz tapmalıyıq ki, enerji tәchizatı birmәnalı olaraq tәmin edilsin”.

“Royal Dutch Shell” şirkәtinin Böyük Britaniya hökumәt
orqanları ilә әlaqәlәr departamentinin rәis müavini Stiv
Şofild: “Birlәşmiş Krallıq tәchizat marşrutlarının şaxәlәndirilmәsi
istiqamәtindә Qәtәr vә Norveç kimi ölkәlәri seçib. Avropa Birliyinin
dә analoji tәchizat marşrutlarına malik olması vacibdir”.

Rusiyaya arxalanaraq: Avropanın mövcud boru
kәmәri sәnayesinin ümumi icmalı1

AB ölkәlәrinin hökumәtlәri Rusiya qazının Ukrayna
vasitәsilә Avropaya nәqlinin dayandırılmasında әsas sәbәb
kimi iki ölkә arasında mövcud olan siyasi böhranı görürlәr.

1http://pipelinesinternational.com/news/relying_on_russia_an_overview_of_the_e
xisting_european_pipeline_industry/089032/ by Carmine Rositano, Downstream
oil and gas managing analyst, Globaldata, London, UK, September 2014

273
   268   269   270   271   272   273   274   275   276   277   278