Page 370 - book-online
P. 370
ìÿä Àüàîüëó
BİR DÖVRÜN SİMVOLU
HƏMDULLAH SÜBHİ TANRIÖVER
(1885-1966)
Türk ictimai-siyasi vә dövlәt xadimi, diplomat, yazıçı,
әdәbiyyatşünas-alim, pedaqoq, xeyriyyәçi. Köklәri ilә
Tәnzimat dövrünә gedib çıxan zadәgan ailәsindә
doğulmuşdu. Babası vә atası Osmanlı İmperiyasının
maarif naziri olmuşdular. Hәmdullah Sübhi özü dә iki
dәfә TBMM vә Türkiyә Cümhuriyyәti hökumәtlәrindә
bu vәzifәni daşımış, eyni zamanda I, II, III, VII, VIII vә
IX Türkiyә Böyük Millәt Mәclisinin üzvü olmuşdu. Milli
Mücadilә vә Türkiyә Cümhuriyyәtinin ilk illәrindә
TBMM-dә söylәdiyi atәşin nitqlәrә görә “milli xәtib” vә
“Cümhuriyyәt natiqi” adlarını qazanmışdı. 1912-ci ildә
Türk Ocaqlarının qurucu üzvlәri sırasında yer almış vә
müәyyәn fasilәlәrlә (1912-1931, 1949-1959, 1961-1966)
bu quruma rәhbәrlik etmişdi. 1931-1944-cü illәrdә
Türkiyәnin Rumıniya sәfiri vәzifәsindә çalışmışdı.
Buradakı fәaliyyәti illәrindә Rumıniya türklәrinin vә
qaqauzların milli kimlik mübarizәsinә mәnәvi dәstәk
vermiş, onlar üçün ana dilindә tәhsil ocaqlarının açılmasına
yardım göstәrmişdi. Hәyatının son illәrindә Türk
Ocaqlarına rәhbәrlik etmәklә yanaşı, yenidәn siyasi
hәyata qayıdıb Demokrat Partiyanın siyahısından millәt
vәkili olmuşdu.
370