Page 395 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 395
n bu cansız azadlığı Ramiz Rþvøÿn
gәl, mәndәn al, İlahi,
Tez ol mәni qәfәsә sal, İlahi! 395

Nәfәssizәm –
tez ol, mәnә nәfәs ver,

Nәfәsimә
bәdәn adlı qәfәs ver,

Mәnә sәs ver –
sәsә qәfәs ağız ver.

Mәnә söz ver –
sözә qәfәs kağız ver!..

***

Nә var Allahdan yuxarı?
Nә var qәbirdәn aşağı?
Çәkdiyim ahdan yuxarı?
Bildiyim sirdәn aşağı?

Niyә günün gündüzündә
Quşlar azır göy üzündә?
Göz yaşları quş gözündәn
Tökülür dәn-dәn aşağı.

Demә, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sәn yuxarı, mәn aşağı...
   390   391   392   393   394   395   396   397   398   399   400