Page 371 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 371
if Èbrahim

Sәnsiz darıxmışam 371

Şәhәr evlәrinә sığışmıram mәn,
Beton divarları, de, necә sevim?
Çoxdandır yanına yığışmıram mәn,
Bağışla sәn mәni, ay ata evim.

Yoruldun sәn mәnә “gәl”, “gәl” demәkdәn,
Tükәndi söhbәtin, qurudu arxın.
Arxamca boylanıb yol gözlәmәkdәn,
Gözün nurdan düşdü,
söndü çırağın...
Gәlir uşaqlığım, gәlir yadına,
Necә oxşayardım çәmәn telini.
Sәslәyib yoruldun,
saldın yanına
Bacandan yüksәlәn tüstü әlini.

Bilirәm, әlini mәndәn üzәrәk
Küsüb oturmusan daş üstündә sәn.
Mәni görәn kimi, sandım uşaqtәk
Sevincdәn üstümә yüyürәcәksәn...

Sәnsiz darıxmışam, darıxmışam mәn,
Hasarın boyuma sanki biçilib.
Mәn qoyub getdiyim o ev deyilsәn,
Bir az sınıxmısan,
Boyun kiçilib...

Üfürüb sobanı nәfәsimlә mәn,
Çoxdan oxşamıram tüstü telini.
Odunlar istidәn bişәn, lәhlәyәn,
İt kimi çıxartmır alov dilini.
   366   367   368   369   370   371   372   373   374   375   376