Page 289 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 289
dә ki, zavallının Nurÿngiz Gön
ölümcül dәrәcәdә kәdәrlidir nalәsi!
Nisgil tәbili döyür mәnim 289
mütәәssir... qulaqlarımda...

Apar mәni, apar

Mәn gedirәm axar çaya deyәm ki,
Mәnim sadiq yarım ol,
Al mәni dә qoynuna,
apar get.

Mәn gedirәm axar çaya deyәm ki,
Mәn burda darıxıram,
ögey kimiyәm sanki.
Apar mәni uzaqdakı mәcrana,
Ört üstümü çınqıl-mәrcanlarınla,
Apar, get.
Könül yaman sıxılır...

Apar get, әn dәrin dәryaçana
O sözü dә... pıçılda sәn ona.
De ki, asimanla aranızda qalacaq
Mәnim sәnә sonuncu dediklәrim.

Apar get...
Apar, apar,
Yadlardan yorulmuşam, aşiyan ol,
Sәrinlik istәyir can...
Apar, mәni dә apar!
Daha könül qәhr edir.
Apar, apar!
Axar çay...
   284   285   286   287   288   289   290   291   292   293   294