Page 216 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 216
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Yarpaqlar tökülür

– Şeş-qoşa!
– Pәnc-cahar!
Nәrd atır qocalar
Bir şәhәr bağında
Bir payız çağında.
– Bu du-bir!
– Bu sәlәr!
Çiskinli bir sәhәr...
Nәrdtaxta yaş olur,
Daşları daş olur.
216 Vururlar sәs salmır,
Güman ki hәzz almır
Oyundan qocalar...
– Pәnc-qoşa.
– Sә-cahar!
– Darıxdım, Ağabәy!
– Deyirsәn dincәlәk?
Sükuta daldılar...
Belәcә qaldılar
Bir qәdәr.
Nurani üzlәrdә,
Çeşmәkli gözlәrdә
Bir hәsrәt, bir kәdәr...
Yarpaqlar tökülür
Sapsarı.
Yarpaqlar tökülür
Cәzb edir onları.
– Xәzandır, Mirәlәm!
– Görürәm!
Yenә yaz gәlәcәk,
Çöl-bayır gülәcәk.
– Biz necә?
– Biz çәtin,
– Yetişib növbәtim,
   211   212   213   214   215   216   217   218   219   220   221