Page 129 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 129
hÿmmÿdhöseyn Øÿhriyar

Azәrbaycan 129

Könlüm quşu qanad çalmaz sәnsiz bir an, Azәrbaycan.
Xoş günlәrin getmir müdam xәyalımdan, Azәrbaycan.

Sәndәn uzaq düşsәm dә mәn eşqin ilә yaşayıram,
Yaralanmış qәlbim kimi qәlbi viran Azәrbaycan.

Bütün dünya bilir – sәnin qüdrәtinlә, dövlәtinlә
Abad olub, azad olub mülki-İran, Azәrbaycan.

Bisütuni-inqilabda Şirin-vәtәn üçün Fәrhad
Külüng vurmuş öz başına zaman-zaman, Azәrbaycan.

Vәtәn eşqi mәktәbindә can vermәyi öyrәnmişik,
Ustadımız deyib “heçdir vәtәnsiz can”, Azәrbaycan.

Qurtarmaqçün zalimlәrin әlindәn Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azәrbaycan.

Yarәb, nәdir bir bu qәdәr ürәklәri qan etmәyin,
Qolubağlı qalacaqdır nә vaxtacan Azәrbaycan?!

İgidlәrin İran üçün şәhid olub, әvәzindә
Dәrd almısan, qәm almısan sәn İrandan, Azәrbaycan.

Övladların nә vaxtadәk tәrki-vәtәn olacaqdır?
Әl-әlә ver, üsyan elә, oyan, oyan, Azәrbaycan!

Bәsdir fәraq odlarından kül әlәndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azәrbaycan!

Şәhriyarın ürәyi dә sәninkitәk yaralıdır,
Azadlıqdır mәnә mәlhәm, sәnә dәrman, Azәrbaycan!
   124   125   126   127   128   129   130   131   132   133   134