Page 931 - antologiya - poeziya_175x250_Layout 1
P. 931

Fÿrman Kÿrimzadÿ


                – Ey-hey!..
                Hәmin nidadan sonra hәr şey susur. Ağaclarda narahat olmuş quşlar
            sakitlәşir. Zingilti dә kәsir. Sonra ağrıya tablaşmayan heyvan kәsik-kәsik
            ulayır.
                Meşәdә gümüş xәncәr parladı. Qәbzәsi Zәkәriyyәnin әlindә idi. Tiyәsi
            gövdәlәrin, kolların üstündә o tәrәf-bu tәrәfә çalınırdı. Otların, yarpaqların
            şehi tiyәni zәrrәlәrә, qәtrәlәrә bölüb әtrafa sәpәlәyirdi. Qәribә xәncәr idi.
            Get-gedә enlәnirdi, yayılırdı. Ağac kötüklәrinә rast gәlәndә qırılırdı.
                Zәkәriyyә әlindәki fәnәrin işığında başını kolluğa soxan çaqqalın
            quyruğunu, torpağı cırmaqlayan dal ayaqlarını gördü. O, barmaqlarını
            qoşalayıb dilinin üstünә qoydu. Fit sәsi uzandı, nazildi vә zilә qalxdı. Hey-
            van bir-iki dәfә torpağı sovurdu, irәli gedә bilmәdiyindәn geri dartındı, beli
            dәvә hürgücünә döndü, başını böyürtkәn kollarından çıxarıb baxdı, qaçıb
            uzaqlaşdı.                                                             355
                Zәkәriyyә ömrünü meşәdә, dağda-daşda keçirmişdi. Bu boy-buxunlu,
            ağır adam çarığının dabanını bәrkidib tüfәngin lülәsindәn yapışanda quşa
            dönürdü. Sәrt qayalara dırmanırdı. Onun gәlişini barıt iyindәn duyan dağ
            keçilәri sıldırımlarda, darısqal dağ cığırlarında itәlәşә-itәlәşә qaçışırdı. O
            hәr dağda, hәr meşәdә cüyürlәrin, maralların su içdiyi bulaq başında marıq
            düzәltmişdi. Elә bulaq vardı ki, gözündәn tәkcә marallar vә Zәkәriyyә su
            içmişdi.
                ...Zәkәriyyә kolları yara-yara talaya çıxdı. İşığı onu görәndә atılıb-
            düşәn, zingiltisi meşәni başına götürәn tülkünün üstünә saldı.  Tülkü
            dartındıqca az qalırdı ayağı qopsun. Tәlә isә canavar ağzı kimi, onu möhkәm
            tutub saxlamışdı. İşıq yaxında on-on iki ulduza, yaquta bәnzәr maral gözünü
            parıldadırdı. Marallar Zәkәriyyәyә tamaşa edirdi. Dünyanın әn ürkәk
            heyvanı olan maral ipә-sapa yatmışdı. Sürü indi onun nәrәsini eşidib tora
            yaxınlaşmışdı. Sanki onları bayaq hürküdәni görüb tanımaq istәyirdilәr.
                Ana maral qabaqda dayanmışdı. O, işıqla sürünün arasındakı dәmir
            tordan qorxduğu kimi heç nәdәn qorxmurdu.
                Bir dәfә sürü barıt iyi duyub meşәnin dәrinliyinә üz qoymuşdu.
            Sürünün qabağına әlitüfәngli, tösmәrәk, seyrәksaqqallı adamlar çıxırdı.
            Heyvanlar yolu dәyişirdi, xeyli qaçırdı.  Yenә dә hәmin adamlarla
            qabaqlaşırdı. Sanki onlar sürünün üstündәn keçib göbәlәk kimi meşәdә
            bitirdilәr. Yol yenә dә özgә sәmtә düşürdü. Bu balacaboy, bellәrinә xәncәr-
            bıçaq taxmış ovçular sürünü nişan almadan patronları hara gәldi
            boşaldırdılar. Meşәyә ildırım yağırdı. Göy gurultularla dolur, yerә yağış
            әvәzinә sarı, qırmızı yarpaqlar tökülürdü.
   926   927   928   929   930   931   932   933   934   935   936