Page 343 - antologiya - poeziya_175x250_Layout 1
P. 343

ßëÿêáÿð Ñàëàùçàäÿ




                         Arada su
                         çala-çala şappıldadı,
                         bir at keçdi –
                         daş sükutu çala-çala.
                         Qaranlıqda
                         bu nә әsr, bu nә sirdi?!

                         Bir gecәni yara-yara,
                         ayaqları
                         nal qapaqlı nalә kimi
                         açıla-açıla,
                         daş sükutu çala-çala
                         bir at keçdi.                                              343
                         Bәlkә,
                         Qıratdı, keçdi?!.




                         Mötәrizә nağılı


                         O yaşadı öz alәmi,
                         öz iqlimi içindә.
                         O yaşadı bir rәng kimi
                         öz qәlәmi içindә.
                         O yaşadı mötәrizә içindә!

                         Sәhәr –
                         mötәrizә açıldı.
                         Axşam –
                         qapandı mötәrizә.

                         Gördü, eşitdi – susdu;
                         mötәrizә dodaqların bir-birinә
                         yapışmağı möcüzә.

                         Sağ mötәrizә,
                         Sol mötәrizә.
                         Sağdan çәkәri oldu,
   338   339   340   341   342   343   344   345   346   347   348