Page 283 - antologiya - poeziya_175x250_Layout 1
P. 283

Musa Yaqub




                      Keçib oturublar yuxarı başda.
                      Mәni yerim olan yerdә gözlәmә,
                      Adımı axtarıb bir dә gözlәmә.


                      Çәmәn, çiçәyim var,
                      arılar bekar –
                      Hәlә sәmәnd atım örükdә qalıb.
                      Fırlanır havada arıquşular,
                      Arılar gözlәyir, pәtәkdә qalıb.
                      İndi arı qonmaz gülә, gözlәmә,
                      Pәtәkdәn o balı hәlә gözlәmә.

                      Qoy arıquşular gedib әkilsin,                                 283
                      Qoyun o sel yatsın, duman çәkilsin,
                      Qoy bir yaxşı gәlsin, yaman çәkilsin,
                      Tamahlar, günahlar sәngisin bir az –
                      Mәnafe oyunu dursun geriyә;
                      Onda, bәlkә, mәnim sözüm yeriyә.


                      Mәni yerim olan yerdә gözlәmә,
                      Heç hәlә axtarma, bir dә gözlәmә.



                      Öyrәtmә özünә, öyrәtmә mәni


                      Taleyin qismәti rast saldı bizi.
                      Yolumuz hardasa qırılacaqsa,
                      İtirәcәyiksә bir-birimizi,
                      Xatirәm yadında qalmayacaqsa.
                      ... Bu әllәr mәnimki olmayacaqsa,
                      Bu tellәr mәnimki olmayacaqsa,
                      Sәn Allah, özünә öyrәtmә mәni,
                      Hicran qoxusuyla göynәtmә mәni.
                      Әlimi saçına öyrәtmә belә,
                      Gözümü gözünә öyrәtmә belә,
                      Üzümü üzünә öyrәtmә belә.
   278   279   280   281   282   283   284   285   286   287   288