Page 260 - antologiya - poeziya_175x250_Layout 1
P. 260

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Biz sәnә dost deyirdik,
                        sәn yad imişsәn, demә.
                        Sәni kişi bilirdik,
                        arvad imişsәn, demә,

                        Әvvәl elә sanırdıq
                        tәmizlәr tәmizisәn,
                        Sonra gördük, anladıq,
                        sәn çirkinlik rәmzisәn.


                        Çox artistlik elәmә,
                        yoxsa sәnә göz dәyәr,
                        Adam necә özünü
                        maskalayar, gizlәyәr.
             260
                        Hәqiqәt gözümüzdә
                        durubdur röya kimi,
                        Arxasız imişik biz,
                        demә, buraya kimi.




                        Gedәcәyәm sözlәr kimi çiyinlәrdә


                        Mәnә sözün ixtiyarın verdi Yaradan,
                        Dedi: sәnә ilham, qәlәm qoy kömәk olsun.
                        Mәni başa düşmәdilәr bu zәmanәdә,
                        Axı başa düşmәk üçün baş gәrәk olsun.


                        Durub dövrә yalvarmadım, üz tutmadım, yox,
                        Külәk hansı sәmtә әsdi ora әsmәdim...
                        Şair haqdan yaranıbdır, utanmadım, yox,
                        Gündә-gündә özümә bir allah gәzmәdim...

                        Öz inamım, öz mәslәkim oldu hәmişә,
                        Öz sevincim, öz kәdәrim, öz qәmim oldu.
                        Söz şairә әqidәdir, yoldur hәmişә,
                        Sözә xain çıxanlara söz qәnim olsun...

                        Anam getdi o anamı eylәdi әvәz,
                        Bacım getdi şeir mәnә bir bacı oldu.
   255   256   257   258   259   260   261   262   263   264   265