Page 156 - antologiya - poeziya_175x250_Layout 1
P. 156

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû










                                Neylәrәm o ömrü mәn


                                   Neylәrәm o ömrü mәn,
                                   Nә qışı, nә yazı var!
                                   Duyğunun nә dәrini,
                                   Nә dә ki, dayazı var!


                                   Neylәrәm o ömrü mәn,
                                   Nә bir şirin sükutu,
                                   Nә dә sel axışı var.
             156
                                   Nә çılğın bir sevinci,
                                   Nә dә göz yağışı var.


                                   Neylәrәm o ömrü mәn,
                                   Nә özü, nә özgәsi,
                                   Nә sәsi, nә nәfәsi,
                                   Nә dәrdi, nә qәmi var.
                                   Nә әqidә yoldaşı,
                                   Nә könül hәmdәmi var!


                                   Neylәrәm o ömrü mәn,
                                   Nә Vәtәn mәhәbbәti,
                                   Nә xalqa sәdaqәti,
                                   Nә darda mәtanәti,
                                   Nә dәrdә tabı olsun,
                                   Nә ömür yollarında
                                   Bir inqilabı olsun!
                                   Dünyaya nә ilk sözü,
                                   Nә son cavabı olsun.

                                   Mәn ömür istәmişәm
                                   Mәşәlә dönüm, yanım,
                                   Mәn ömür istәmişәm,
                                   Qoy dolsun odla qanım!
                                   Mәn hәyat yollarında
   151   152   153   154   155   156   157   158   159   160   161