Page 291 - Design_Xezer_1_2018_Layout 1
P. 291
SLAVOMİR MROJEK Tərcümə: Saday Budaqlı
BİR YAY GÜNÜ
I pərdə
Birinci şəkil
Bağda skamya. Onun yanında ağac.
Xarici görünüşü xüsusi diqqət çəkməyən,
əynində nimdaş şalvar, alabəzək qısaqol
köynək olan otuz yaşlı Uğursuz skamyanın
ucunda ayaq üstdə dayanıb. Ağacın
budağına kəndir bağlanıb. Bərk bağlanıb-
bağlanmadığını yoxlamaq üçün Uğursuz
kəndiri bir neçə dəfə dartır.
291
sizə mane oluram, ancaq siz yaxşı tərbiyə 2018
İkinci şəkil
almısınız, çünki mənim işimə qarışmırsınız.
Mənsə özümdən soruşuram: Niyə siz mənim
Cəlbedici görkəmi olan qırx yaşlı Uğurlu işimə qarışmırsınız? Niyə məni dayandır -
sağ tərəfdən daxil olur. Әynində açıq-sarı mağa cəhd göstərmirsiniz? Hətta cavab da
rəngdə yay kostyumu, başında eyni rəngdə vermirsiniz. Niyə imkan verirsiniz ki, mən...
şlyapa, əlində nazik əl ağacı var. Uğurlu
skamyanın o biri ucunda oturur, Uğursuza
fikir vermədən öz qarşısına, yəni tamaşa Uğurlu skamyadan durub sağ tərəfə
gedir.
zalına baxır. Uğursuz gözünü bir müddət
Uğurludan çəkmir, sonra kəndirin əlindəki
ucunu ilgək eləyib boğazına keçirir. Bu Uğursuz. Yox, yox, getməyin! (Uğurlu
vəziyyətdə dayanıb yenə Uğurluya baxır. dayanır.) Bəli, haqlısınız, mən zəhlətökənəm.
Uğurlu isə əvvəlki kimi ona fikir vermir. Ancaq başa düşün ki, belə vəziyyətdə olan
Nəhayət, Uğursuz dillənir. adam... (Pauza.) Getməyin, xahiş edirəm.
Uğursuz. Bəs siz heç nə soruşmaq Söz verirəm ki, sakit, asta danışacağam...
istəmirsiniz? (Pauza.) Bu, sizi maraq landırmır, Xahiş edirəm, hələ getməyin. (Pauza.) Mən
hə? (Pauza.) Nə ilə məşğul olmağımın sizə susacağam. (Uğurlu yenə skamyada oturur. Slavomir Mrojek. Bir yay günü
heç bir dəxli yoxdur... (Pauza.) Nə elədiyimi Pauza.) Ancaq çətin ki, susa bilim. Narahat
görürsünüz, ancaq bu, sizin vecinizə deyil. olmayın, söz verirəm, başqa şeylərdən
Hamının istədiyini eləməyə haqqı var, danışacağam. Özüm barədə, öz həyatım
doğrudur? (Pauza.) Xüsusilə ictimai yerdə, barədə bir kəlmə də danışmayacağam.
hə? Siz, yəqin, düşünürsünüz: “Mən axı Kənar mövzularda, yəqin, mənimlə danışar -
ona mane olmuram, bəs o, niyə mənə mane sınız. (Pauza.) Bu gün gözəl havadır...
olur?” Yəqin, mənə hirslənirsiniz, fikirləşirsiniz (Pauza.) Ancaq hər halda, yağış yağacaq.
ki, pis tərbiyə almışam, zəhlənizi tökürəm, (Pauza.) Nədi, söhbətimiz yenə alınmır?