Miskin Abdalın əsərləri “Açıq kitab” da
27 Fevral 2021

Səfəvilər dövlətinin görkəmli xadimi, diplomat, Şah İsmayıl  Xətainin mürşidi, sufi-şeyx, şair, ozandan aşığa (Haqq aşıqlığı), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, adı Miskin Abdal  təxəllüsü ilə əbədiləşmiş Seyid Hüseyn Məhəmmədin şeir və gəraylıları, təcnis və bayatıları, deyişmə və dastanları “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Klassik ədəbiyyat” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.