Abbasqulu ağa Bakıxanovun əsəri “Açıq kitab”da
11 Fevral 2021

Görkəmli Azərbaycan yazıçısı, şair, filosof, tarixçi Abbasqulu ağa Bakıxanovun  Azərbaycanın Gülüstan müqaviləsinə qədər uzun əsrlər boyu keçdiyi mübarizələrlə dolu şərəfli və mürəkkəb tarixini özündə əks etdirən məşhur “Gülüstani-İrəm” əsəri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Klassik ədəbiyyat” rəfinə daxil ola və əsərdən ödənişsiz yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.