Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
21 Yanvar 2021

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə keçirdiyi Seçim Turlarının növbəti mərhələsinə start verir. Turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin mart ayının 31-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri,  Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilə bilər.

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV

Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir;

2. turlarda iştirak ödənişlidir.

 Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)