İsa Hüseynov yaradıcılığı “Dünya novellası antologiyası”nda
18 Yanvar 2021

Gürcüstanın “Literary Translators Association of Georgia” (Gürcüstan Ədəbi Tərcümə Assosiasiyası) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsini elektron kitabxanasına yerləşdirib. Hekayə eyni zamanda təşkilatın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.

  Əsəri gürcü dilinə tanınmış Azərbaycan yazıçısı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.

 

  Keçid linki:
  https://www.facebook.com/groups/677608289307563

  Kitabxanaya daxil olmaq üçün qeydiyyatdan keçmək lazımdır.