Qarabağ şairinin yaradıcılığı Rusiya ədəbi portalında
13 Yanvar 2021

 

Rusiyanın populyar “author.today” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi, Qarabağ xanlığının hökmdarı İbrahimxəlil xanın qızı, Fətəli şahın xanımı Ağabəyim Ağanın həyatı və yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

 

     Qeyd edək ki, daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Keçid linki:

https://author.today/reader/107273