“Şahənşah” kitabı ilk dəfə Azərbaycan dilində
28 Dekabr 2020

 

Dövlət Tərcümə Mərkəzi görkəmli polyak yazıçısı və publisisti Rışard Kapuşinskinin “Şahənşah” kitabını nəşr edib.

   Kitab ötən yüzillikdə İranda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdən, Pəhləvilər hakimiyyətinin tədricən xalq arasında dayaqlarını itirməsindən və süqutundan bəhs edir.

    Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.

     Kitabın orijinaldan tərcümə müəllifi Vilayət Quliyev, redaktoru Mahir                                                                                                         N. Qarayevdir.

                                                                                                       Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Rışard Kapuşinski 

– 1932-ci ildə Polşanın Pinsk şəhərində anadan olub;

– Varşava Dövlət Universitetində təhsil alıb;

– gənc yaşlarında “Sztandar Myuduç” (“Gənclərin bayrağı”) qəzetində çalışıb; – 1962-ci ildən Polşa Mətbuat Agentliyinin xarici ölkələrdə müxbiri kimi

fəaliyyət göstərib;

– jurnalist fəaliyyəti ilə əlaqədar dəfələrlə Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinə səyahət edib;

– 1970-ci ildən Parisin “Mədəniyyət” jurnalı ilə əməkdaşlıq edib;

– xarici ölkələrdə məşhur olan “İmperator” əsərinin müəllifidir;

– oçerklərdən ibarət üç kitabı – SSRİ-nin son illərindən bəhs edən “İmperiya” (1993), “Qara ağac” (1999) və “Heredotla birgə səyahət” (2004) ayrı-ayrı illərdə Polşada “İlin kitabı” nominasiyası üzrə qalib elan edilib;

 – “Beynəlxalq jurnalistlər” (1978), “Höte” (1999), “Viareco” (2000), “Elza Morante” (2005) və digər beynəlxalq mükafatların laureatıdır;

– Qızıl Xaç (1972) və Polşanın Dirçəliş (1974) ordeninə layiq görülüb;

– namizədliyi bir neçə dəfə Nobel mükafatına irəli sürülüb;

– 2007-ci ildə Varşava şəhərində vəfat edib.

 

 Kitabı aşağıdakı mağazalardan əldə etmək olar: 

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi