Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu
11 Dekabr 2020

 

12 dekabr – ümummilli lider Heydər Əliyevin anım günüdür

      2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.

      Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.

      Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır.

                       

      “Ordu bizim doğma ordumuzdur. Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin dayağıdır.

      Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!”

* * *

      “Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik”.

* * *

       “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik!”

* * *

      “Xalqımız çoxəsrlik tarixində milli mənliyini, torpağını, Vətəni qoruyub saxlamağa qadir olduğunu dəfələrlə sübut edibdir”.

* * *

      “Hər bir tayfanın, ordunun, dəstənin, hər bir millətin başında duranlar, sərkərdəlik edənlər çox şey həll edirlər.

      Xalqımız bilməlidir ki, biz özümüz özümüzü qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı göstərməliyik”.

* * *

      “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq!”

* * *

      “Azərbaycanın hər bir vətəndaşı işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxmağa hazır olmalıdır!”

* * *

      “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün. torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!”

* * *

      “Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, müstəqil Azərbaycan Respublikasının Milli Ordusu var! Bu, Azərbaycan xalqının böyük milli nailiyyətidir”.

* * *

      “Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq çətin və ağır dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq”.

* * *

      “Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir”.

* * *

      “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”.

* * *

      “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir”.

* * *

      “Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır!”

* * *

      “Ordu daim dövlət qayğısı altında olmalıdır, xalqın qayğısı ilə əhatə edilməlidir”.

* * *

      “Bütün qüvvələr ordu quruculuğuna səfərbər olunmalıdır”.

 * * *

      “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.

      Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daimi yaşayacaqdır. Onların qəhrəmanlığı, şəhidliyi Azərbaycan ordusunun əsgərləri üçün böyük örnək olacaqdır”.

* * *

      “Azərbaycan xalqı qəhrəman xalqdır!”

* * *

      “Dövlətimizin hərbi qüdrətini möhkəmləndirməliyik!”

* * *

      “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”

 * * *

      “Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamış, bu yolda böyük məhrumiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmamışdır”.

* * *

      “Xalqımız əsrlər boyu həmişə öz torpağını qoruyub, öz milli azadlığını, qürurunu müdafiə edib və bu gün də müdafiə etməyə qadirdir”.

* * *

      “Hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan qaldırmaq keyfiyyəti aşılayır”.

* * *

      “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.

* * *

   “Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.

* * *

      “Gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qaldırıblar, Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır!”