Mehdi Hüseynin əsərləri “Açıq kitab” da
20 Noyabr 2020

 

Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin “Abşeron” romanı, “Şeyx Şamil”, “Alov” pyesləri, “Qan intiqamı”, “Kor at”, “Qayıtmadı” hekayələri və digər əsərləri “Açıq kitab” onlayn kitabxanasına yüklənildi.

Kitabxana izləyiciləri saytın “Azərbaycan ədəbiyyatı” bölümünün “Müasir ədəbiyyat” rəfinə daxil ola, əsərlərdən yararlana bilərlər.

 

Diqqət:

“Açıq kitab” kitabxanaya yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına görə məsuliyyət daşımır.