Rus generalları ermənilər haqqında
29 Sentyabr 2020

 

1895–1913-cü illərdə Rusiyanın Türkiyədə diplomatı və konsulu olmuş general-mayor Vladimir Mayevski Peterburqa göndərdiyi "Bitlis və Van vilayətləri statistikada" hesabatında yazırdı: "Ermənilərin guya Osmanlıda zülm və soyqırıma məruz qaldıqlarını Avropaya göstərmək zəruri idi. Əslində isə bu soyqırımı olmayıb, istəyərək uydurulmuş siyasi bir əfsanədir. Həqiqəti olduğu kimi demək tələb edilirsə, Şərqdə qətliam törədənlər müsəlmanlar deyil, məhz ermənilərdir. Törətdikləri bu vəhşilikləri sonradan türklərin adına yazdılar”.

https://www.kitapyurdu.com/kitap/20-yuzyil-donemecinde-rus-general-mayevskinin-turkiye-gozlemleri/416593.html

  General-leytenant Qryaznovun 1915-ci ildə Ərzincan bölgəsində ermənilərin törətdikləri qətliamlar barədə yazdığı raportundan: “Müsəlman kəndlilərin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları yollara səpələnmişdi… Əsasən, qadınlar və uşaqlar idi! Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır”.

I Dünya müharibəsinin ilk günlərində Osmanlı torpaqlarına hücum edən rus ordusunun gürcü əsilli komandanı general İlya Odişelidzenin Sankt-Peterburqa yolladığı məktubdan: “11-12 mart gecəsində erməni cəlladlar Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülərlə və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını məlum planlarını icra etmək məqsədilə qazdırdıqları xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın nəşi atılırdı. Mənim yavərim 200 belə xəndək saydı”.

https://olke.az/read/88069/ermeni-yalanlarinin-ifsasi-qondarma-ermeni-soyqirimi-haqqinda-dovrun-sahidleri-neler-yazmisdilar-88069/

Azərbaycana və azərbaycanlılara qarşı yönəldilmiş bu dağıdıcı strategiyanın, ərazi iddialarının təməli hələ 1918-ci illərdə bolşevik Rusiyasının yaradıcısı Vladimir İliç Lenin tərəfindən qoyulmuşdu. Lenin Bakının sovetləşməsi, bolşevik Rusiyasının əlində qalmasını təmin etmək, hətta bu mümkün olmazsa, son anda  görəcəyi işlər barədə  general Ter-Qabrielyanı təlimatlandırıb Bakıya göndərir və ona tapşırır: “Siz Ter-Petrosyana bir daha çatdırın ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın…” Ter-Qabrielyanın cavab teleqramı özünü çox gözlətmir: “Hər şey hazırdır”.

 

Ter-Qabrielyanın Mərkəzə göndərdiyi məktubda reallığı əks etdirən çoxlu faktlar var: “Bakıda sovet hakimiyyəti qurmaq üçün heç bir maneə yoxdur. Burada erməni-azərbaycanlı qırğını gedir. Bu qırğın ermənilər tərəfindən başlayıb və davam etdirilir”.

https://azertag.az/xeber/Baki_nefti_ve_onun_Azerbaycan_Xalq_Cumhuriyyetinin_siyasi_taleyindeki_rolu-1219885