Argentina Respublikasının səfiri Tərcümə Mərkəzində
07 Fevral 2020

 

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Serxio Perez Gunella və səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri xanım Korina LemannDövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı Azərbaycan­–Argentina ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən söz açılıb, həyata keçirilməsi nəzərdə tutulan perspektiv tədbirlər və digər təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Dövlət Tərcümə Mərkəzi və Argentina səfirliyinin birgə əməkdaşlığı ilə ərsəyə gətirilmiş “Tanqo rəqsi – azadlıq yanğısı” kitabı qonaqlara hədiyyə edilib.