Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
25 Yanvar 2023

Azərbaycan Dövlət Tərcümə Mərkəzi –  ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilisrustürkalmanfransız, ispan, portuqalitalyanpolyakmacarbolqarisveçniderlandyunanfingürcüivritərəbfarsyaponçinhind və digər dillər üzrə keçirdiyi Seçim Turlarına qeydiyyatı davam etdirir.

Turlar ictimai-siyasielmi-texniki, maliyyəiqtisadiyyat, humanitar, mediatibbhüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin mart ayının 31-dək Mərkəzin info@aztc.gov.az  ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov  rayonu, Şahin Mustafayev küç., 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.

  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  2. CV

Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir;

  1.                  turlarda iştirak ödənişlidir.

 

Əlaqə telefonu: (+994 12) 566 80 27 (daxili nömrə 108)