Fransuaza Saqanın əsərləri “Açıq kitab” da
08 Dekabr 2022

XX əsr Fransa ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq  Fransuaza Saqanın “Boyunduruq”, “Dolanbac yollarla”, “Müəmmalı təbəssüm” romanları və “Sehrli buludlar”, “Məğlubiyyət zəngi” povestləri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.