Stivensonun əsərləri “Açıq kitab” da
24 Noyabr 2022

XIX əsr şotland ədəbiyyatının görkəmli  nümayəndəsi, yazıçı, şair Robert Luis Stivensonun “Dəfinələr adası”, “Sahib Ballantre” romanları və “Lənətlənmiş Cenet”, “Markheym” hekayələri “Açıq kitab” ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.