aztc.gov.az-ın italyan dili versiyası fəaliyyətə başladı
14 Oktyabr 2022

Dövlət Tərcümə Mərkəzinin beynəlxalq internet məkanında Azərbaycan, ingilis, türk, alman, fransız, ispan, rus, ərəb, fars, çex, gürcü və ukrain dilində yayınlanan rəsmi aztc.gov.az saytının 13-cü – italyan dili versiyası fəaliyyətə başlayıb. İtaliya sosial şəbəkələri və KİV ilə əməkdaşlıq çərçivəsində yayınlanacaq italyan dili versiyasının, aztc.gov.az-ın yayın hüdudlarını daha da genişləndirəcəyi,  Azərbaycan tarixini, ədəbiyyatını, ictimai-siyasi, mədəni həyatını əks etdirən mətn və materialların, videoçarxların İtaliyanın aparıcı ədəbiyyat, mədəniyyət,  xəbər portalları vasitəsilə beynəlxalq aləmə çatdırılmasına geniş imkanlar yaradacağı nəzərdə tutulur.