Aqata Kristinin əsərləri “Açıq kitab” da
08 Sentyabr 2022

XX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Aqata Kristinin “Şərq ekspressində qətl”, “Beş donuz balası”, “Rocer Ekroydun qətli” romanları, “Qatardakı qız”, “Vəsiyyətnamə haradadır”, “Krit öküzü”, “Şahid” və digər hekayələri “Açıq kitab”  ödənişsiz elektron portalına yüklənildi.

Kitabxana izləyiciləri portalın “Dünya ədəbiyyatı” bölümünün “Avropa ədəbiyyatı” rəfinə daxil ola və əsərlərdən ödənişsiz yararlana bilərlər.

P.S.

“Açıq kitab” portala yüklənilən əsərlərin redaktə və korrektə qüsurlarına məsuliyyət daşımır.