“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
15 Avqust 2022

“Xəzər”in oxucuları jurnalın bu sayında:

 

“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Zavallılar” romanı;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Musa Yaqubun şeirləri;

“HEKAYƏ” rubrikasında – Nikolae Yesinenkunun “Bizim nəsil ağacımız” hekayəsi;

“SLOVAKİYA ƏDƏBİYYATI” rubrikasında – Peter Yaroşun “Ceviz”, “Ay bədirlənəndən sonra” hekayələri;

“POLYAK POEZİYASI” rubrikasında – Vislava Şimborskanın şeirləri;

“TÜRK DÜNYASI” rubrikasında – Timur Pulatovun “Mülk” hekayəsi;

“GÜNDƏLİK” rubrikasında – Virciniya Vulfun gündəlikləri;

“MEMUAR” rubrikasında – Vladimir Mayakovskinin məktubları;

“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanı;

“ÇAĞDAŞ RUS ƏDƏBİYYATI” rubrikasında – Vladimir  Sorokinin “Snayperin səhəri”, “Ov mövsümünün açılışı”, “Ağ gözlü qara at” hekayələri;

“TEATR” rubrikasında – Harold Pinterin “Mətbəx lifti” pyesi və digər əsərlər ilə tanış ola biləcəklər.

 

 “Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.