Svetlana Turanın hekayəsi Avstriya ədəbiyyat portalında
14 İyun 2022

Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Svetlana Turanın alman dilinə tərcümə olunmuş “Günəşin insanları” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili üzrə mütəxəssisi  Məryəm Səmədova, bədii tərcümə  redaktoru Avstriyanın tanınmış filoloqu Andreas Kriberdir.

Qeyd edək ki, 2006-ci ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrində yazıb-yaradan gənc, istedadlı müəlliflərin yaradıcılığını işıqlandırır.

 

https://www.gedichtesammlung.net/