Nizami Gəncəvi yaradıcılığı Çili ədəbiyyat jurnalında
02 İyun 2022

Çilinin “Ærea. Revista Hispanoamericana de Poesía” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” əsərindən “Peyğəmbərin meracı” hissəsini nəşr edib.

Nizami yaradıcılığının şah əsərlərindən sayılan əsərin ispan dilinə tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Karmen Linaresdir.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən jurnal İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamaqla yanaşı, ABŞ-ın ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilir.

Jurnalın baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.

http://www.aepoesia.com/p/inicio.html