Qan Turalının hekayəsi İraq portalında
28 Aprel 2022

İraqın “Nur” Mədəniyyət və Media Mərkəzinin populyar “Alnoor” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc yazıçı Qan Turalının ərəb dilinə tərcümə olunmuş “Banan” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal müntəzəm olaraq səhifələrində Ezra PaundTomas Lav PikokQabriel Qarsia MarkesAlonso Kueto kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

http://www.alnoor.se/article.asp?id=382973